Eyni günlərdə Xruşşovun da vəziyyəti yaxşı deyildi. Köməkçisi Leonid Brejnev gözünü onun yerinə dikmişdi. Brejnev, öz rəhbərinin lazımi qədər sərt olmadığını düşünürdü.
Buna görədə KQB - nin o vaxtki şefi Vladimir Semiçastnıyla görüşdü. Tələbi bəsit idi: "Xruşşovu fiziki olaraq aradan qaldıra bilərikmi? Nə bilim, zəhərləsək və ya vursaq, olmazmı? "
KQB sədri bu istəyin həyata keçirilməsinin nə qədər çətin olduğunu bilirdi. Ona görə də "yox" cavabı verdi. Belədə Brejnev ona Xruşşovu həbs etməyi təklif etdi. Bu dəfə də KQB sədri belə bir qərarın ancaq Ali Sovet tərəfindən verilə biləcəyini xatırlatdı.
Brejnevin təklif etdiyi heç bir variantın gerçəkləşməməsinə rəğmən, 1964 - cü ildə bəxt onun üzünə güldü: xəstəliyi bəhanə edən Xruşşov vəzifəsindən ayrıldı!
SSRİ - nin yeni lideri - Brejnev, sələfləri kimi "soyuq müharibə" nin məxfi silahlarından biri olaraq məhz KQB - dən istifadə etməkdə israrlı idi.
P. S. Yazıda türkiyəli araşdırmaçı yazar Əli Çimənin “Tarixi dəyişdirən məxfi servislər” kitabından istifadə olunub.
Paylaşmaq gözəldir
0 yorum :
Yorum Gönder