Kommunistlərə qarşı döyüşməyə getdi, amma....
KQB - nin keçmiş agentlərindən Mixail Lublimov çalışdığı qurumun iş prinsipləri haqqında danışarkən qeyd edirdi:
"Gözümüz düşən qurbanların əvvəlcə cinsi istəklərini müəyyənləşdiririk. Şantaj edə biləcəyimiz nəsə olan kimi fotolarını çəkir və bu yolla da öz tərəfimizə çəkməyə çalışırdıq. Əgər bu da alınmazdısa, ortaq ideoloji yönləri qabardırdıq. Nəticə isə heç də pis olmurdu" .
Koreya müharibəsi zamanı ingilis kəşfiyyatında işləyən George Balke məhz KQB - nin "ideoloji silah" la öz tərəfinə çəkdiyi ən önəmli simalardan idi. 1951 - ci ildə Şimali Koreya əsgərləri tərəfindən əsr alınan Blake, KQB - yə təslim edilmişdi. Üç il sonra azad edilib İngiltərəyə qaytarılanda, nədənsə əsr düşdüyü müddətdə nələr yaşadıqlarını öyrənmək ölkəsində kimsənin ağlına gəlməmişdi. Bu, insanların bəzən özlərindən belə şübhələndiyi kəşfiyyat aləmində çox böyük xəta idi.
Məsələ burasındadır ki, iki il ərzində KQB tərəfindən hazırlanan Blake "iki tərəfli agent" olmuşdu. Amma bundan kimsənin xəbəri yox idi. Blake yenidən ingilis kəşfiyyat xidməti - Mİ6 - da işləməyə başlamışdı.
Bəli, Mİ6 - nın xətası Qərb Blokuna baha başa gələcəkdi. Çünki Blake Qərbə işləyən 400 agentin adını ruslara vermişdi. Nəticədə onların böyük bir qismi edam edildi.
Blakenin qərbə vurduğu ən böyük zərbələrdən biri də Şərqi Almaniya və Sovet İttifaqını hədəfə alan və gizlilik dərəcəsi yüksək olan "Kəşfiyyat tuneli" planını ruslara verməsi idi. İngilis - Amerikan ortaq planı olan bu işlə bağlı toplantı Londonda keçirilmiş və ondan çox az adamın xəbəri olmuşdu. Di gəl ki, toplantının üstündən 24 saat keçməmiş ruslar Qərbi Berlindən Şərqi Berlinə kimi uzanan və dinləmə cihazlarıyla doldurulacaq bu tunellə bağlı məlumatların hamısını öyrənmişdi. Toplantının qeydlərini aparan isə Blakedən başqası deyildi. Beləliklə, ruslar iki il ərzində özlərini hər şeydən xəbərsiz göstərərək, əslində amerikan və ingilislərə yalnış məlumatlar vermiş və onları sözün həqiqi mənasında aldatmışdılar.
0 yorum :
Yorum Gönder