Mİ6 İraqı necə işğal etdirdi?
08:55
Afrika
,
BBC
,
BMT
,
Hindistan
,
İraq
,
Keçmiş Sirr-lər
,
Mİ6
,
Polşa
,
Scott Ritter
,
Səddam Hüseyn
Edit
İraqın 2003 - cü ildə Amerika - İngiltərə cütlüyü tərəfindən hansı səbəblərlə işğal edildiyi artıq bir sirr deyildir. Sirr olmayan başqa bir şey isə, Mİ6 - nın bu işğalı dünya cəmiyyətində "bazarlıq" üçün 90 - cı illərin ortasından etibarən fövqaladə bir media əməliyyatı (Operation Mass Appeal) aparmış olmasıdır. Əməliyyat zamanı Mİ6 - nın Səddam Hüseynin olmayan kütləvi qırğın silahlarıyla bağlı hazırladığı yüzlərlə informasiya ingilis mediyasında yer aldı. BMT - nin eks silah mütəxəssisi və İraq işğalı müxalifətçilərinin önündə gedən Scott Ritter bu yöndə təbliğat aparması üçün Mİ6 - nın 1997 - ci ildə onunla əlaqə qurduğunu açıqlamışdı.
Ritter təşkilatın agentlərinin İraqı cəmiyyətə həqiqətdə olduğundan daha böyük bir təhdid olaraq göstərmək məqsədiylə onunla iş birliyi qurmaq istəklərini ifşa etmiş, eyni cəhdlərin 2003 - cü ildə İraqın işğalından sonrakı həftələrdə də davam etdiyini bildirmişdi. Dəfələrlə BMT xəttiylə İraqı yoxlayan Ritterə görə, "Səddamın yeraltı silah fabrikləri" ya da "kimyəvi bombaları" yla bağlı olaraq mediada yer alan xəbərlərin hamısı axmaqlıqdan başqa bir şey deyildir. Əməliyyat zamanı xüsusilə seçilən ölklərsə işğala qarşı çıxan Polşa, Hindistan və Cənubi Afrika idi. İngilis hökumətinin İraq müharibəsinə don geyindirmək üçün Səddamın yönəltdiyi təhdidi və əlindəki silahları şişirtdiyini BBC - yə açıqlamaqda günahlandırılan eks silah mütəxəssisi Dr. David Kelly - nin 2003 - cü ilin iyul ayında biləyi kəsilmiş və dozadan artıq ağrı kəsici atdığına görə ölü tapılması bütün bu iddiaları daha da gücləndirirdi.
0 yorum :
Yorum Gönder