Sadəcə güc yetməz, ağıl da lazımdır!




SSRİ - nin yeni lideri Nikita Xuruşşov oldu. Dünya ictimayyəti onu yaxından tanımağa çalışarkən, Xuruşşov da heç bir vaxt itirmədən KQB agentlərini "soyuq müharibənin süvariləri" kimi istifadə etməyə başlamışdı. Lakin 1956 - cı ildə Xruşşovun ölkədəki Stalin idarəçiliyinin, eləcə də mərhum Sovet liderinin xüsusi xidmət orqanlarının əliylə apardığı terror siyasətinin lənətlənərək tarixə qovuşduğunu bildirməsi KQB - nin bundan sonrakı taleyi ilə bağlı müəmmalara yol açdı.
Həmin dövrün KQB rəhbərlərindən Vladimir Qruşko bu haqda sonralar belə bəhs edəcəkdi: "Xruşşovun məlum çıxışından sonra gizli xidmət içərisindəki qanundan kənar işlərə qarşı istintaq başladı, bir çox agent və zabit qovuldu. Bəziləri həbs olundu. Onların gedişi ilə yaranan boşluq xarici işlər idarələri mənsublarıyla, xarici ticarət və dövlətlərarası əlaqələr institutlarından gələn məmurlarla dolduruldu".



Beləliklə, KQB gücüylə bərabər ağlını da işə salan quruma çevrilməyə başlamışdı.
Sovet lideri Xruşşov Stalin dönəmlərindən bəri KQB rəhbərliyində təmsil olunanları oradan təmizləyərək onları öz adamları ilə əvəzlədi. Nə də olsa, nəzarətdən çıxan xüsusi xidmət təşkilatının sonradan necə təhlükəli ola biləcəyini Beriya nümunəsindən görmüşdü. İqtidarının ilk dövrlərində Stalin rejmini azacıq da olsa yumşaltmış, siyasi məhkumların bir qismini azad etmiş, müxaliflərin saxlanıldığı "QULAQ" tipli bir çox düşərgələri bağlatdırmışdı.
Bütün bunlara rəğmən, şübhəsiz , Xurruşov da kommunist və "soyuq müharibə" tərəfdarı idi. Bir yandan Mavarıstanda yerli xalqın azadlıq istəyini qanla yatırmış, digər tərəfdən isə BMT tribunasından etdiyi çıxışda "Amerikanı tarixə qovuşduracağam!"  bəyanatı vermişdi. Bu məqsədə çatmaq üçün KQB - ni bütün mümkün cəbhələrə göndərmişdi. Xaricə qaçan müxaliflər onun vaxtında da rahatlıq tapa bilmədilər. Aradan uzun zaman keçəcək, KQB - nin keçmiş rəhbərlərindən Vladimir Semiçastını o illərdə xüsusilə Qərbə qaçan KQB mənsublarının izinə düşdüklərini və Qərb gizli xidmətlərinin qoruduğu bu adamları taparaq ya avtomobil qəzası, ya intihar, ya da spirtli içkidən zəhərlənərək komaya düşdüyü görüntüsü yaradıb məhv etdiklərini boynuna alacaqdı. Bu da azmış kimi, əlavə edəcəkdi: " Bəzilərinin bəxti gətirirdi: onlar öz əcəlləri ilə ölürdülər".
Sovet xüsusi xidmət orqanının bu cür cəza əməliyyatları kəşfiyyat jarqonuna "sulu iş" kimi düşdü. Əslində isə söhbət "qanlı iş" dən gedirdi.

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder