Baş nazirlərini qoruya bilməyən kəşfiyyatçılar - İsrail
90 - cı illərdə baş nazir İssak Rabinin Fələstin Azadlıq Təşkilatının lideri Yasər Ərəfatla sülh sazişi imzalamaq cəhdləri İsrail xalqını o vaxtadək görünməmiş şəkildə parçalamışdı. Daxili kəşfiyyata cavabdehlik daşıyan Şin Bet, sülh əleyhdarı olan israilli millətçilərin bu fikirlərində nə qədər qərarlı olduğunu düzgün hesablaya bilməmişdi.
Nəticədə 4 noyabr 1995 - ci ildə, axşam saatlarında Yigal Amir adlı ultra - millətçi bir yəhudi tərəfindən sülh mitinqindən ayrılan Rabin başından vurularaq öldürüldü.
Hücumun hədəfində o zamanki xarici işlər naziri Şimon Peres də var idi, amma o başqa bir yoldan istifadə edərək canını qurtara bilmişdi.
Sui - qəsd sülh tərəfdarlarının sifətinə açılan bir şillə olduğu kimi, Şin Betə olan inmaı sa sarsıtdı.
Qatilin üzvü olduğu radikal qrupun içində Şin Betin bir casusu var idi və o, hadisədən az əvvəl verdiyi raportda "narahat olacaq bir şey yoxdur" deyə əmin etmişdi.
Baş naziri qoruya bilməməsi Şin Betin rəis kürsüsündən uzaqlaşdırılmasına gətirib çıxardı.
0 yorum :
Yorum Gönder