Qəhrəman, yoxsa xain?



Kəşfiyyat dünyası qərəman larla olduğu kimi, xainlərlə də dolu idi. Belə ki, bir tərəfin qəhrəman kimi qəbul etdiyi agent digər tərəfə keçdiyi andaca xainə çevrilirdi.

Onun  ilk işi isə əvvəl lehinə çalışdığı tərəfin xainlərini ələ vermək idi. Blakenin ifşası məhz belə baş vermişdi. Polşa Kəşfiyyat Xidmətinin sədr köməkçisi Mixail Goleniyevskinin Qərbə sığınması ilə Blakein maskası yırtıldı. Blakeinin buna görə mühakimə edilməsi xəbəri qəzetlərdə özünə kiçik yer tapacaqdı. Çünki həmin gün Yuri Qaqarin kosmosa çıxan ilk insan olmuşdu və bütün dünya rusların bu uğurundan danışırdı. Tezbazar mühakimə olunan Blakeyə rekord cəza verildi. O, 42 il ərzində dəmir barmaqlıqlar arxasında qalacaqdı. Blake isə bu ağır cəzaya "Qaqarinin və rusların böyük uğuru mənim üçün əsl bayramdır" deyərək qarşılıq verdi. Etdiklərindən zərrəcə peşiman deyildi. İfadəsində bildirmişdi ki, "dünyanın sosial baxımdan ən inkişaf etmiş və insan oğlunun çata biləcəyi ən yaxşı sistemi tapan ölkəyə işlədiyi üçün fəxr edir".

Bununla belə, ingilislər Blakeni uzun müddət həbsdə saxlaya bilmədilər. Blake, 1966 -cı ildə İRA mənsubu olan bir məhkumun yardımıyla həbsdən qaçacaq  və Şərqi Berlin üzərindən keçərək Moskvaya çatacaqdı. Çox keçməyəcək, "qəhrəman xain" ə Moskvanın səfalı yerlərindən birində ev veriləcəkdi.

P. S. Yazıda türkiyəli araşdırmaçı yazar Əli Çimənin “Tarixi dəyişdirən məxfi servislər” kitabından istifadə olunub.




Paylaşmaq gözəldir

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder