Məkkəyə girən ilk qeyri-müsəlman casus kim idi?
Ser Riçard Burton macəralarla zəngin bir ömür yaşamışdı. Tərcümeyi - halı çox rəngarəng idi: kapitan, xəritəçi, şair, diplomat, yazıçı və tərcüməçi....
Dünya onu şərq mədəniyyətinə olan marağı ilə tanısa da, Burton gördüklərini və eşitdiklərini ingilis imperiyasının mənafeyi naminə Xarici İşlər Nazirliyi ilə paylaşmaqdan çəkinməmişdi. Dil və qiyafə dəyişdirməyin ustası idi. Otuz dili mükəmməl bilən Burton, Mirzə Abdullah adlı tacir rolunda 1853 - cü ildə, hacı olaraq Məkkəyə girməyi bacaran ilk qeyri - müsəlman olaraq tarixə düşmüşdü. Ələ keçəcəyi halda üzərindəki şübhələri yox etmək üçün sünnət olunmağı belə, düşünmüşdü. İngilis müstəmləkəçiliyinin ən parlaq vaxtlarında Hindistana, Afrika və Orta Şərqə Xarici İşlər Nazirliyi və krallıq xətti ilə çoxlu səyahətlər etmişdi. Uzun illər Nilin mənbəyini axtarmışdı. Orta Afrikadakı Tanqanika gölünü görən ilk avropalı da məhz o olmuşdu.
Hindistanda olarkən saçlarını boyayaraq məhəllə "çete" lərinin arasına girdi. Həm qəbilələri, həm də ingilisləri hədəfə alan planlar haqqında məlumatlar topladı. Müşahidə və səyahətlərindən onlarca kitab yazdı, kitablarda yer almayan həssas bilgiləri isə Londonla bölüşdü.
0 yorum :
Yorum Gönder