Şərqi Almaniyanın KQB tabeliyindəki məxfi polis və kəşfiyyat xidməti STASİ - nin 90 min mütəxəssisindən ibarət heyəti, bundan başqa, 173 min xəbərçisi var idi. Bir sözlə, STASİ hər dörd Şərqi Almaniya vətəndaşından birinə maaş verirdi.
1990 - cı ildə bu ölkə parlamentinə seçilən və STASİ - nin sorğu - sualından sonra müəllimlikdən qovulan Vera Vollenberger vətəndaşların özləri haqqındakı STASİ raportlarına baxa bilməsi üçün məsələ qaldırdı və bu təklifində xeyli israr etdi. Bu haqda qanun qəbuluna nail olduqdan sonra ilk işi öz raportuna baxmaq oldu və onu STASİ - yə xəbərləyən adamın.... əri olduğunu gördü!
Dərhal boşandılar.
STASİ agenti Baş Nazirə İstefa verdirdi
STASİ agenti Gunther Guillaumenin bir neçə ilə sığan xüsusi planla Qərbi Almaniyanın baş naziri Villi Brandtın müşavirliyinə qədər yüksəldiyini, Qərbi Almaniyaya aid gizli məlumatları KQB - yə göndərdiyi məlum olunca isə Brandt höküməti 1974 - cü ildə istefa etdiyini hələdə çoxları bilmir.
P. S. Yazıda türkiyəli araşdırmaçı yazar Əli Çimənin “Tarixi dəyişdirən məxfi servislər” kitabından istifadə olunub.
Paylaşmaq gözəldir
0 yorum :
Yorum Gönder