KQB düz danışır, amma bütün Qərb yalan?!
Məxfi xidmətlərin başı tarixin bütün dönəmlərində casuslardan, ikili agentlərdən və tərəf dəyişdirmələr ucbatından çox ağrıyıb, hələ də ağrımağa davam edir.
Amma indiyədək heç bir məxfi xidmət, CİA tarixinə "canavar qaydası" adı ilə düşən başağrısı qədər qalmaqal yaratmayıb.
Belə ki, CİA - nın dezinformasiyalardan ən çox qorxduğu illərdə, daha dəqiq desək, 1961 -ci ildə Anatoli Qolistin adlı bir KQB agenti Qərbə sığındı. Tükürpədici faktlar açıqladı. Onun dediklərinə görə, Qərbin istənilən kəşfiyyat qurumunun rəhbər heyəti arasında mütləq və ən azı bir KQB agenti vardı. Bu sözlərdən panikaya düşən ingilislərin öz təşkilatlarında başlatdıqları "casus ovu" elə bir nöqtəyə çatdı ki, Qolitsinin də təsdiqedici sözləri ilə hətta bir ara İngiltərənin o vaxtki baş naziri Harold Vilsonun belə, KQB agenti olduğu barədə dedi - qodular yayıldı.
Qərblilər Qolitsinin ifşalarını analiz etməklə məşğul ikən, bir başqa KQB agenti Yuri Nosenko da səf dəyişdirdi. Qolitsin isə Nosenkonun Qərb gizli xidmətlərinə KQB - nin qurduğu "tələ" olduğunu iddia etdi. CİA - nın agentura şefi Ceyms Angliton bu iddiaya dərhal inandı.
Qolitsin Nosenkonu, onu gözdən salmaq üçün Sovet xüsusi xidmətinin bilərəkdən göndərdiyini demişdi, odue ki, Nosenko CİA tərəfindən verilən ağlagəlməz işgəncələrdən keçməli oldu. Yalan maşını tərəfindən test edildi.
Bu vaxt yalnız Qolitsinin verdiyi məlumatlara deyil, onun şübhələrinə də dəhşətli dərəcədə inan Angliton, "CİA - yə sızmış KQB agentləri" ni ifşa etmək üçün "ovunu" davam etdirirdi. Nəticədə bir çox agent günahsız yerə kareyerasından məhrum oldu. Bəzi qurumlar nəzarətə götürüldü, bir çox kəşfiyyat əməliyyatları tarixə salındı. Bu vəziyyət 70 - ci illərin əvvəlində hər iki KQB agentinin həqiqətən tərəf dəyişdirdiyi dəqiqləşənə qədər davam etdi.
KQB agenti Qolitsinin ifşaedici ifadələri ilə Kim Philbinin KQB agenti olduğunu isbatlamış, Nosenko isə Kennedi sui - qəsdiylə KQB - nin heç bir əlaqəsi olmadığını dəqiqləşdirmişdi.
Bunu da deyək ki, Qərbə sığınan KQB agenti Yuri Nosenkonun bu CİA tərəfindən "saxtakarlıq" şübhəsi ilə 1277 gün sorğu - sual edilmişdi.
P. S. Yazıda türkiyəli araşdırmaçı yazar Əli Çimənin “Tarixi dəyişdirən məxfi servislər” kitabından istifadə olunub.
0 yorum :
Yorum Gönder