Sovet kəşfiyyatının atası:"Dəmir Feliks"



İyirmi yaşlarında sosialist inqilabı uğrunda həbslərə düşmüş, 100 nəfərin sığdırıldığı 15 nəfərlik hücrələrdə saxlanılarkən belə, çar rejminə diş qıcamaqdan qorxmamışdı. Sonradan bu yaşadıqlarını "əvəzsiz məktəb" adlandırılan Dzerjinskinin ölənədək bircə sevgisi vardı: mübarizəsi! Heç bir hobbisi, intellektual məşğuliyyəti yox idi. Duyğuları alınmış kimiydi. "Dəmir" ləqəbini artıqlamasıyla doğruldurdu. Lenin kimi o da qan tökülərək həyata keçirilən Fransa inqilabının heyranı idi.
Bir kommunist olaraq inqilaba müxalif dayananların qanına susamışdı. Çeka - nın başında ikən onu "inqilabın qılıncı" adlandıranlar haqsız deyildilər. SSRİ tarixinin ən parlaq simalarından biri kimi adı fərqli Sovet respublikalarında  6 şəhərə verilmiş, önəmli günlərdəki paradlarda portretləri çiyinlərdə daşınmışdı. "Dəmir pərdə" nin yıxılması ilə birlikdə meydanlardan təmizlənən heykəllər arasında onun heykəlləri də var idi. Bununla belə, rus kəşfiyyatçılarının gözündə onun yeri hələ də çox yüksəklərdə dayanır, bir növ simvol olaraq qəbul edilir.

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder