İraqın işğalı - Kolin Povel: "CİA məni aldatdı"
ABŞ - ın keçmiş dövlət katibi Kolin Povel İraqın işğalından öncə BMT tribunasından etdiyi məşhur nitqi ilə çoxlarının fikrini oğurlaya bilmişdi. Həmin nitqdə Kolin Povel İraqın kütləvi qırğın silahlarına malik olduğunu iddia edirdi və bu haqqda elə danışırdı ki, çoxları onun söylədiklərinə tamamilə inanmışdı. Amma 2005 - ci ildə verdiyi açıqlama ilə o, yalnız milyonların deyil, elə özünün də aldadıldığını etiraf edirdi. ABC kanalında yayımlanan reportajında Povel, BMT - dəki nitqində İraq və Səddam Hüseyn rejminin kütləvi qırğın silahlarına sahib olduğu və bunun dünya üçün təhdid və təhlükə təşkil etdiyi barədə dediklərinə görə özünü çox pis hiss etdiyini bildirmişdi.
İraqın kütləvi qırğın silahlarıyla bağlı əsassız məlumatlara toxunarkən Povel demişdi: "Bu məlumatlar bizə təqdim olunanda CİA daxilindəki bəzi adamlar həmin bilgiləri ötürən mənbələrin etibarlı olmadığını bilirdi. Buna rəğmən bizə bu haqda heç nə demədilər".
Keçmiş dövlət katibi "İraqda kütləvi qırğın silahlarının olduğu" barədə tezisləri müdafiə etməsini və buna başqalarının da inandırmasını ömrü boyu üzərində qalacaq bir ləkə kimi qiymətləndirmişdi.
Mənbə:"Tarixi dəyişdirən Məxfi servislər" kitabı
0 yorum :
Yorum Gönder