Sovet İttifaqı Şərqi Avropanı necə cibinə qoydu?




İkinci dünya müharibəsindən sonra Şərqi Avropa üzərinə kabus kimi çökən Sovet idarəçiliyinin ən böyük silahı kəşfiyyat xidmətləri oldu. 
Polşa, Şərqi Almaniya, Bolqarıstan, Macarıstan və Çexoslovakiyada müharibədən sonra yaranan demokratiya və müstəqillik ümidləri Sovet kəşfiyyat sistemi KQB və sələfləri tərəfindən məhv edildi. Bu ölkələrdə müharibə sonrası ortaya çıxan koalisiya hökümətlərini bir - birinə oxşar taktikalardan istifadə edərək devirdilər və onların yerinə Moskva tərəfdarlarından ibarət rejimlər quruldu.
Sistem adətən belə işləyirdi: öncə Sovet agentləri təhlükəsizlik danışıqları aparacaq nümayəndə sifətiylə bu ölkələrə göndərilirdi. Həmin nümayəndənin yönləndirilməsi ilə yerli qüvvələr Moskva əleyhdarı olan siyasətçiləri basqı altında saxlayır, işgəncə verir, hətta lazım gəlsə, məhv edilirdi. Müxaliflərin məhv edilməsinin ən ideal yolu onlara "nasistlərə işləyən" etiketi yapışdırmaq idi. Beləliklə, Sovet Sosialist Respublikasının  əleyhdarları meydandan təmizləndikdən sonra Moskvanın köməyi ilə saxta seçkilər keçirilir və Kremlin dəstəklədiyi ölkələr qurulurdu. Sovet İttifaqı  idarəçiliyi İkinci Dünya müharibəsinin ardınca, ona soyuq yanaşan hökümətləri ortadan qaldırır, eyni zamanda Yalta konfransında Stalinin verdiyi "demokratik seçki" vədini "yerinə yetirdi".
Qısası bir güllə ilə iki quş vuruldu.

Sovet İttifaqından qısa sirlər

"Sovet İttifaqında iki televiziya kanalı var idi. Birinci kanalda arası kəsilmədən rejmin təbliğatı aparılırdı. İkinci kanalda isə " Dərhal birinci kanala keç" deyə bağıran KQB agenti otururdu". (Yakov Smirnov)

Sovet lideri Stalinin özünə xəyanət edənləri müəyyənləşdirmək üçün SMERSH - in ilk direktoru Viktor Abakumovun "Stalinə sui - qəsd cəhdi" ndə günahlandırıldığını bilirdinizmi?

P. S. Yazıda türkiyəli araşdırmaçı yazar Əli Çimənin “Tarixi dəyişdirən məxfi servislər” kitabından istifadə olunub.


About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder