"Hitleri istəyirəm-fərqi yoxdur ölü, yoxsa diri!"




Bu əmri verən Stalin idi. O, İkinci dünya müharibəsindən bir az əvvəl hücum etməmək haqqında razılaşma imzalamalarına rəğmən, tarixin ən böyük quru hərəkatıyla ölkəsinə soxulan nasist liderinə dərin nifrət bəsləyirdi.
Stalindən bu əmri alan təşkilatsa, gələcəkdə KQB daxilində sui - qəsd əməliyyatlarına cavabdeh olacaq SMERSH idi. Amma bu qurumun casusları həmin vəzifəni yerinə yetirə bilməmiş, intihar edib, ardından da özünü yandıran nasist liderinin sadəcə qalıqlarını tapmışdılar.
Hitler və sevgilisi Yeva Braunun  qalıqları bir neçə dəfə dəyişdirilsə də, axırda Şərqi Almaniyadakı KQB qərargahında basdırıldı. 1970 - ci ildə KQB - nin o vaxtki rəhbəri Yuri Andropov bu haqda xəbərin yayılacağından çəkinərək, qalıntıları basdırıldığı yerdən çıxartdırdı. Hitlerin sümükləri yandırıldı və külləri Elba çayına töküldü.
Yaxşı, həmin sümüklər doğurdanmı, Hitlerə aid idi? Kimlərsə kədərlənə bilər, amma bəli, ona aid idi! SMERSH - in casuslarından ibarət, Hitlerin yanmış cəsədini tapan və kimlik təsbiti üçün çənə sümüyünü cibində Almaniyaya aparan Qızıl Ordunun tərcüməçilərindən Yelena Rzevskayanın da aralarında olduğu heyət Berlində Hitlerin diş analizlərinə əsasən bu yöndə bütün şübhələri yoxa çıxarmışdı. Hitlerin çənə sümüyünün hazırda Moskvadakı rus arxivlərində olduğunu düşünənlər var.
Stalinin, Hitlerin cəsədi ələ keçirildiyi halda bu məlumatı niyə dünyayla paylaşmadığı isə hələ də bir müəmmadır....

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder