"Gladio" əməliyyatı
CİA ( Mərkəzi Kəşfiyyat İdarəsi) İtaliya demokratiyasını balanslaşdırmaqla yanaşı, Qərbi Avropanın digər ölkələrində də kommunistlərin iqtidara gəlməməsi üçün təşkilatlanmışdı. "Gladio" adı verilən bu məxfi təşkilat ölkənin dörd bir tərəfini gizli cəbbəxanalarla doldurmuş, bu cəbbəxanaları istifadə etmək üçün on beş minlik məxfi ordu yaratmışdı.
Bu ordu mümkün Sovet işğalı zamanı mübarizəyə başlayacaqdı. "Gladio" nun Fransa, Belçika, Qərbi Almaniya və Türkiyə başda olmaqla, bütün NATO ölkələrində fərqli adlarla eyni hədəf uğrunda fəaliyyət göstərməsi məlumdur. Bu məxfi quruluşlar SSRİ - nin hücumunu gözləməmiş, çalışdıqları ölkələrdə solçuların hakimiyyətə gəlməsini əngəlləmək üçün fəaliyyət göstərmişdilər. "Solyönümlü" bir çox təşkilatlar qurmuş, onlardan Vaşinqtonun maraqlarına uyğun əməliyyatların həyata keçirilməsi üçün yararlanmışdılar. Belə ki, 1969 - 80 - ci ilərdə İtaliyanı sarsıdan 4300 terror aktının altından sonralar məhz "Gladio" çıxacaqdı.
"Gladio" ilə üzləşən yegənə ölkə İtaliya idi. Digər NATO ölkələri bunu səssiz - sədasız həyata keçirsə də, onların bunda nə dərəcədə uğurlu olduqları mübahisəlidir.
Türkiyənin ən məhşur serialı "Kurtlar Vadisi Pusu" da "Gladio" ilə Türk Dövlətinin arasında baş verən soyuq müharibəni aydın şəkildə əks etdirir. Türk dövlətinin bəzi yüksək vəzifəli məmurlarının "Gladio" ilə iş - birliyi qurduğu açıq aydın serialda göstərilir.
Mənbə:"Tarixi dəyişdirən Məxfi servislər" kitabı
Paylaşmaq gözəldir
0 yorum :
Yorum Gönder