Qəribə tərəf dəyişdirmə



KQB - nin yüksək vəzifəli agentlərindən Vitali Yurçenko kəşfiyyat tarixinin ən qəribə işlərindən birinə imza atmışdı. 1985 - ci ildə, 25 illik karyerasının ardından iş arxasınca getdiyi Romada amerikalılara satıldı. SSRİ - yə işləyən 2 amerikalı agenti deşifrə etdi və sonra nə fikirləşdisə, Vaşinqtondan amerikalıların əlindən qaçaraq, təkrar Sovet səfirliyinə sığındı. Burada mətbuat konfransı keçirib, amerikalıların onu dərmanla uyduraraq zorla qaçırdıqlarını iddia etdi. Rusiyaya qayıdandan sonra "Qızıl Ulduz" ordeni ilə təltif olundu.


Amerikalılar bütün bu olanları təəccüb içində izləyir, bir izah verə bilmirdilər. Yalnız sonradan bu saxta tərəf dəyişdirmə əməliyyatının, rusların CİA daxilindəki ən etibarlı casusu Aldrix Amesi  qorumaq məqsədiylə həyata keçirildiyi, diqqəti ondan yayındıraraq yalnış adamlara yönəltmək məqsədi üzə çıxdı. Ruslar özlərinə işləyən "böyük balığı" qorumaq üçün "kiçik balığı" qurban verməkdən çəkinməmişdilər.

Yeri gəlmişkən, KQB - nin Yurçenkonu işdi - şayət, birdən CİA tərəfindən ələ alınmadığından əmin olmaq üçün ona xüsusi dərman verərək sorğu - suala çəkdiyini də qeyd edək.

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder