Yalan xəbərlərin ustası, casus, dövlət başçısı: Andropov


Andropovun Sovet rəhbəri seçilməsi Qərb blokunda çaşqınlıq yaratmışdı: ən uzun ömürlü KQB sədri olan, indi isə Kremildə taxtda əyləşən bu adam haqqında çoxlarının doğru - dürüst məlumatı yox idi. Əldəki məlumatlar isə qorxmaq üçün əsas verirdi.

Belə ki, Andropov səfir işlədiyi Macarıstandakı xalq hərəkatı zamanı hökümət üzvlərini aldadaraq KQB - nin tələsinə salmışdı. Çexoslovakiyadakı "Praqa baharı" zamanı yalan xəbərlər yayaraq hərəkatın qanla yatırılmasına bais olmuş, Əfqanıstana soxulmaq planının ən alovlu müdafiəçisi kimi çıxış etmişdi. KQB rəhbəri ikən çıxış etdirdiyi performans onu Xruşşovdan daha ağıllı olduğunu söyləməyə əsas verdi.

Andropovun rəhbəri olduğu dövrdə KQB Qərbə qarşı ən barımaz və amansız dövrünü yaşamışdı. Təkcə Londondakı Sovet səfirliyində 105 nəfər "casusluq" ittihamı ilə deportasiya edilmişdi.

Andropov insan haqqları anlayışına bütün varlığı ilə nifrət edir, demokratiyanın Sovet imperatorluğunu yixmağa hesablanmış "Qərb fəndgirliyi" olduğunu deyirdi. Sistem müxaliflərini susdurmaq üçün ruhi xəstəxana adı ilə 30 - dan çox həbsxana yaratmışdı. Rus agentlərinin ən azı Qərb agentləri qədər şux görünməsi KQB - də "geyim islahatı" aparmışdı. İngilis dilini ana dili kimi bilirdi. KQB agentlərinin ən azı iki əcnəbi dildə çox yaxşı danışa bilməsini əsas şərtlərdən biri kimi irəli sürmüşdü.

Ən əsası isə: yalan xəbərlərin dağıdıcı gücünə ilk inananlardan biri idi! 1968 - ci ildə KQB - də, "yalan xəbərlərlə SSRİ - nin dünyadakı simasını parlaq saxlamaq" məqsədi ilə ayrıca büro yaratmışdı.

İllər sonra Putin məhz onun yolunu seçəcəkdi : öncə FSB - nin rəhbəri, ardından isə dövlət başçısı olacaqdı!...

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder