Batan gəmidən qaçanlar



Bütün bu qarşılıqlı xəyanətlər silsiləsində "ən böyük balığı" tutan isə İngiltərə oldu. İngilis məxfi xidməti  Mİ16, KQB - nin aparıcı casuslarından Oleq Gordiyevskini özləri üçün işləməyə razı sala bilmişdilər. 1985 - ci ildə xəyanəti ortaya çıxanda Gordiyevski artıq KQB - nin London bürosunun şefi idi. 11 il ingilislərə gizli məlumat ötürən bu agent, eyni zamanda bir ilkə atmış, nəzarət altında saxlanıldığı halda qaça bilən ilk və son rus casusu olmuşdu.

Daha sonra xatirələrini "İnside KQB" adlı kitabında qələmə alan bu mahir casus, "11 il ərzində hər an yaxalanıb məhv ediləcəyimi bilirdim" demişdi. Nəhayət, Londonda tutulub KQB tərəfindən Moskvaya qaçırılan rus casus, hətta dərmanların təsiri altında inkən belə, heç nə etiraf etmədi. Lakin hər hərəkəti nəzarət altında idi. O günlərini məlum kitabında bir cümlə qovulan dovşan kimiydim".

Nəhayət, qaçmağa qərar verdi. Səhər idmanı zamanı bir andaca gözdən yox olmağı bacardı, daha sonra qiyafəsini dəyişdirdi, tez - tez bir avtomobili digəri ilə əvəzləyərək, Leninqrada çatdı. Orada onu ingilis kəşfiyyatı tərəfindən göndərilmiş bir maşın gözləyirdi.

Bir neçə saatdan sonra isə artıq Finlandiya sərhədini adlamışdı.

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder