Mücahidlərin can yoldaşı - CİA





CİA - nın gizli əməliyyatlarından payını alan ölkələrdən biri də Əfqanıstan idi. Sovet İttifaqı bu ölkəni işğal etdikdən sonra Əfqanıstan məsələsi ABŞ - ın əsas planlarından birinə çevrildi. Düşmən orada idi və nəyin bahasına olursa olsun, əfqan mücahidlər tərəfindən oradan çıxarılmalı idi.
Ölkələrini Qızıl Ordudan müdafiə etməyə çalışan əfqan mücahidlər CİA - nın misilsiz səxavəti ilə qarşılaşdı: silah, cəbbəxana, mina, rabitə cihazları və ən əsası qurudan havaya atıla bilən "Stringer" raketləri! CİA hərbi və maddi yardımlardan başqa, mücahidləri tərcüməçilər vasitəsilə hərbi biliklərə yiyələndirir, Əfqanıstanda Rusiyaya qarşı sözün həqiqi mənasında müharibə aparırdı.
1985 - ci ildə CİA - nın göndərdiyi yardımın illik həcmi 250 milyon dollara çatmışdı. "Stringer" raketləri Sovet qoşunlarına nəfəs almağa imkan vermir, üstəlik, havadan əfqan mücahidlərinə dəstəyin artması vəziyyəti bir az da mürəkkəbləşmişdi. Beləliklə, Qızıl Ordu əsgərləri mücahidlərin qarşısında daha artıq tab gətirə bilmədi və 1989 - cu ildə Əfqanıstandan çıxmaq məcburiyyətində qaldı. CİA bu illər ərzindəki fəaliyyəti ilə rusları inandıra bilmişdilər ki, onların əfqan müharibəsində qalib gəlməsi qeyri - realdır. Təşkilatın kəşfiyyat fəaliyyətini bir kənara qoyub gizli hərbi əməliyyatlara girişməsi də işə yaramışdı: SSRİ Əfqanıstandan çıxarılmışdı.
CİA illər sonra bu ölkəyə yenidən qayıdacaqdı. Amma bu dəfə xilaskar kimi yox, işğalçı olaraq!

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder