Bu da Sovet İttifaqının "Ceyms Bond"u : Ştirlits!



"Soyuq müharibə" həyatın hər sahəsində bloklar arası çəkişməyə səbəb olmuşdu. Amerikalılar atom bombası yaratdı, ruslar da yaratdı. Ruslar kosmosa adam yolladı, amerikalılar da yolladı. Amerikalılar NATO - nu qurdu, ruslar buna qarşılıq olaraq "Varşava pakt" ını elan etdi. Qərb Ceyms Bondu yaratdı, ruslar ona Ştirlitslə cavab verdi.

Bəli, Ceyms Bond xarakterinin dünya miqyasında Qərbə simpatiya yaratması KQB - ni əsəbləşdirmişdi. Üstəlik, Bond xarakteri rusların özünə də təsir etmişdi. Cavab həmləsi gecikməməliydi, necə ki, belə də oldu.

KQB - nin təlimatı ilə qələmə sarılan Yuliyan Semyonoviç, kod adı "Ştirlits" olan Sovet agenti Maksim İsayev xarakterini yaratdı. Ştirlits bir yandan Şərqi Avropa ölkələrini nasist işğalından qurtarır, digər tərəfdən amerikalıların almanlarla məxfi anlaşma imzalayaraq ruslara hücum etmək planlarını üzə çıxarırdı. 1973 - cü ildən etibarən serial olaraq rus televiziyasında yayınlandı və popularyar mədəniyyətin ən tanınmış ünsürlərindən biri olaraq əfsanələşdi.

Ştirlitsi canlandıran Vyaçeslav Tixonov 2009 - cu ildə vəfat etdi və bu zaman rus məxfi xidməti onun ailəsinə başsağlığı mesajı yolladı. O vaxtki dövlət başçısı Medvedev və baş nazir Putin də baş sağlığı vermişdilər. Özü də keçmiş KQB agenti olan Putin, həmin vaxt Ştirlitsin ən önəmli şəxsi ideoloqlarından biri olduğunu söyləyəcəkdi.

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder