1951 - ci ildə İran neftini milliləşdirən bu ölkənin baş naziri Muhamməd Musaddıq həmin addımı ilə İngiltərənin neft maraqlarına Orta Şərqdə böyük zərbə vurdu. Eyni zamanda, 2 - ci Dünya müharibəsindən sonra bölgədə qurulacaq yeni düzəni qəbul etmək istəmədiyini də göstərdi. Londondakılar buna çox qəzəbləndilər. Nəsə etmək lazım idi....
Qərbin neft rezervlərini təhdid edən Musaddıq, həmçinin Sovet İttifaqı ilə də yaxınlıq edirdi. Bir sözlə, əməlli - başlı cızığından çıxmışdı. Buna cavab olaraq, CİA(Mərkəzi Kəşfiyyat İdarəsi) və İngilis M16 - sı "Ayaks əməliyyatı" nı həyata keçirdi. Əməliyyatın İrandakı "ayağı" - prezident Ruzveltin nəvəsi, keçmiş OSS agenti K.Ruzvelt idi. İranın yeni şahı Muhəmməd Rza Pəhləvi, Musaddıqın baş nazirliyini könülsüz olsa da, təsdiqləmək məcburiyyətində qalmışdı. Musaddıq Amerikayla müzakirələrə isti yanaşmayınca, şah onu əvəz etdi. "Ayaks əməliyyatı" na cavabdeh olan agentlər Musaddıqın milliyətçi tərəfdarlarının plansız hərəkətiylə parçalanmış olan İranın daxili siyasi çevrələrindəki həssas nöqtələri "qaşıyacaqdılar".
Nəticədə, ABŞ əleyhdarı olan nümayişçilər küçələrə töküldülər. Monarxiyanın bütün simvolları ayaqlar altına atılmışdı. Şah rejmi laxlayırdı. Amma CİA öz planından rahatlıqla vaz keçmək fikrində deyildi. Ruvelt, CİA - nın maliyyə dəstəyindən istifadə edərək, İran ordusunun şaha sadiqliyini təmin etdi. Ordu - Orta Şərqdə hakimiyyətə gedən yolun mühafizəçisi idi və Qərblilər bunu çox gözəl bilirdilər. Onların İran mediasındakı adamları Musaddıq əleyhinə kampaniyalara başladılar. Pulla ələ alınan kütlə, şahı dəsdəkləmək üçün küçələrə axışdı. Ordunun da onlara dəstək verməsi ilə Musaddıqın "romantik üsyanı" sona çatdı. Həm şahın iqtidarı, həm də Qərbin neft maraqları üzərindəki təhlükə sovuşdu.
CIA dairələrindən Qvatemelanın dövlət başçısı Yakob Arbenz |
İranın baş naziri Muhammed Mussaddıq |
Paylaşmaq gözəldir
0 yorum :
Yorum Gönder