Hədəfdə Kubadır! - 1 hissə
50 - ci illərin Kubası amerikalı qumarbaz turistlərin bir nömrəli dayanacağı idi. Sahillərində amerikalılar özlərini günəşə verir, mərkəzində amerikan mafiyası törətdiyi cinayətlərin bəhrəsini dadırdı. Ölkənin idarəçiliyi bütünlüklə "Sem dayı" nın əlində idi. Vaşinqtonun dayağı sayılan diktator Batista, Kubanı aristokratların insafına buraxmışdı. Lakin bəlli bir azlığın sürdüyü bu ləzzətli həyat belə davam etməyəcəkdi.
1959 - cu ilin yanvarında Fidel Kastroya tabe olan qüvvələr Batistanı devirdi. Artıq ölkənin qəhrəmanı və lideri Kastro idi. Bunun müqabilində Kastronun solçu siyasəti qısa vaxtda aləmi qarışdırdı. Vaşinqton, ABŞ - dan vur - tut 90 mil uzaqlıqda bir inqilabçı hökümətin yaranmasından bərk narahat idi.
ABŞ - a etdiyi səfər zamanı ona lazım olan diqqət və iqtisadi dəstəyi görməyən Kastro, adaya qayıdan kimi amerikalılara aid nə vardısa hamısını milliləşdirdi. Amerikalıların təzminat davası isə nəticəsiz qaldı.
Vaşinqtondan əlini üzən Kastro yeni dəstək axtarışına çıxdı və bu dəfə üzünü Moskvaya tutdu. Ruslar çox Kubaya günümüzə qədər davam edən embarqoların tətbiqinə başladı. Karib bölgəsinin talesiz ölkəsi sürətlə "soyuq müharibə" nin ən isti cəbhələrindən birinə çevriləcəkdi.
uzaqlıqdakı bu yaxın dosta istədiyindən də artığını verəcəkdi. Kremllə dostluqdan bərk qəzəblənən ABŞ,
Dullesin ifadəsi ilə desək, bu ada dövlədi "prezidentin əmriylə hər şeyin edilə biləcəyi bir yer" olmuşdu. Moskvadan gələn heyyətlərin Kastroyla ilginc görüntüləri Vaşinqtonu qəzəbləndirirdi. Ağ Evdəkilər buna seyirci qala bilməzdilər. Beləliklə, CİA - nın əli ilə adada iqtisadi dəyər qazanan hər şeyə qarşı sabotaj kompaniyası başladıldı. Hədəfdə Kuba iqtisadiyyatının bel sütunu olan şəkər qamışı tarlaları idi.
1961 - ci ilin yanvarında Ağ Evdə artıq yeni bir siyasi fiqur var idi: Con Kennedi. Kennedi hələ seçki hazırlıqları dövründən Kastroya qarşı sui - qəsdlərdən xəbərdar idi. İndi o, ciddi qərarlar verməli idi. CİA, Kuba liderini ortadan götürmək üçün 13 milyon dollarlıq xüsusi büdcə yaratmışdı. Floridada yaşayan 1500 - ə yaxın Kubalı isə Qvatemalada silahlı təlimə göndərildi. Xüsusi idarə silahlı təlim görmüş bu adamlarla Kastronu devirməyi hədəfləmişdi. İnqilabçı rejmə müxalif olan kubalı pilotlarsa pul qarşılığında Nikaraquada təlim uçuşları keçirirdilər. CİA, bütün bunların gizlin qalması üçün nə qədər çalışsa da, kubalı köçkünlərin Mayamidə yaşayan uşaqları belə hər şeydən xəbərdar idi. Kubadakılar da xəbəri "uşaqlardan almışdılar". Kastro baş verə biləcək işğala qarşı hazırlığa başladı. ABŞ ordusunun rəhbərliyi "2506 nömrəli alay" adı verilən qiyamçı ordu vasitəsilə həyata keçirilməsi gözlənilən bu plandan uzaq durmağa çalışırdı. Kennedi isə əməliyyata razılıq verərkən əsla tərəddüd etmədi. Hərbiçilərə daha öncəki əməliyyatları misal göstərərək onların uğur qazanacaqlarına təminat vermişdilər. Özlərinə çox inanırdılar və əmin idilər ki, bu dəfə Kuba liderinin işini bitirəcəklər. Xüsusən Aslan Dulles nəticədən əmin idi....
Mənbə:"Tarixi dəyişdirən Məxfi servislər" kitabı
Paylaşmaq gözəldir
0 yorum :
Yorum Gönder