Kennedi hər şeyə rəğmən ortada heç bir hərbi əməliyyat olmadığına dair rəy yaradılmasını tapşırdı. Bu məqsədlə, "2506" - ya dənizdən və havadan dəstək verilməməsi qərarı alındı. Qiyamçı ordunun quruya çıxacaq yeri isə son anda dəyişdirildi və Donuzlar körfəzi seçildi. 15 oktyabr 1961 - ci il, səhər çağı başlayan əməliyyat elə ilk andaca uğursuzluğa düçar oldu. Bombardmançı təyyarələr Kuba Hərbi Hava Qüvvələrinə aid bazaları vura bilmədi. Bu da azmış kimi, ikinci hücumda Kuba Hərbi Hava Qüvvələri müxaliflərin bəzi təyyarələrini vurdular.
17 apreldə Kuba sahillərinə çıxan müxaliflər Kastro ordusunun gülləbaranı ilə qarşılaşdı. Kastro "çətin sınan qoz" a dönmüşdü. Təyyarələr müxaliflərə silah daşıyan gəmiləri də batırdıqdan sonra "2506", sözün əs mənasında taleyin ümidinə qalmışdı.
20 apreldə isə artıq yuxu bitmişdi. Qiyamçı ordunun sağ qalan bəzi üzvləri Amerikan donanması tərəfindən adadan qaçırılsa da, böyük bir hissəsi Kastroya əsr düşdü. CİA rəhbəri Dulles həqiqi mənada nakauta düşmüşdü. O, qısa müddətdən sonra istefa verdi. Kennedinin isə qəzəblənməyə haqqı vardı: o, dünyada biabır olmuşdu və CİA - nı min yerə parçalayacağı ilə təhdid edirdi. Həmin tarixdən etibarən CİA ilə Kennedinin ulduzu birdə heç vaxt barışmayacaqdı.
Bütün bu fiaskolara baxmayaraq, Kastroya qarşı gizli əməliyyatlar dayanmadı. Bu dəfə sükanın arxasına prezident Con Kennedinin qardaşı olan baş prokuror Robert Kennedi keçmiş, "Moongoose" əməliyyatı ilə Kubada Kastroya qarşı xalq üsyanı planlaşdırılmışdı. Kennedi qardaşları böyük pulların müqabilində kubalıların əksərriyətinin rejmi devirməyə hazır olduğunu düşünürdü.
Amma söhbət Kubadan gedirsə, inanmaq heçdə uğurun yarısı deyil. "Moongoose" əməliyyatı da çox keçmədən tarixin zibil yeşiyində öz yerini aldı. Nə kubalıların Kastronu devirmək, nə də Kastronun xarici təsirlə devrilmək niyyəti yox idi.
Mənbə:"Tarixi dəyişdirən Məxfi servislər" kitabı
Paylaşmaq gözəldir
Paylaşmaq gözəldir
0 yorum :
Yorum Gönder