CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) Vyetnamı da qarışdırdı
CİA - nın Kuba böhranındakı fəaliyyəti - kəşfiyyat məlumatları toplayaraq nəticəyə təsir etməsi mübahisələrədə yol açdı. Belə ki, "CİA ancaq işini yerinə yetirsin, gizli əməliyyatlardan uzaq dursun" deyən müxaliflərin əli güclənmişdi. Lakin 1960 - cı illərdə ABŞ - ın Vyetnamdakı hərbiçilərinin sayının artması və bölgədə təzyiqin güclənməsi bu çağırışı edənlərin həvəsini boğazında qoydu. CİA, Şimali Vyetnamdakı birləşmələrə edilən bombardmanlarının işə yaramadığını düşünürdü. ABŞ - dan sonra ən böyük FTB bürosunun Vyetnamda qurulması büronun burada da səssiz qalmayacağını göstərirdi. Elə də oldu. 1967 - ci ildə CİA ilə Cənubi Vyetnam kəşfiyyatının birgə əməliyyatı olan "Phoenix" in hədəfi Şimali Vyetnamın bünövrəsini qazmaq və Vietkong olaraq tanınan Şimali Vyetnam əsgərlərinin döyüş qabiliyyətini heçə endirmək idi. Tamamən Cənubi Vyetnamlıların ixtiyarına buraxılan əməliyyat qısa zaman içində işgəncə və sui - qəsd proqramına çevrildi. Şimali Vyetnama aid nə varsa sıfırlanmağa başladı. Aralarında müəllim, professor və jurnalistlərn də olduğu 25 mindən artıq insan öldürüldü. Mülki şəxsləri öldürmək etirazçılara verdikləri dəstəyi azaltmaq üçün əməliyyatın təməllərindən biri kimi qəbul olunmuşdu. 1968 - 1972 - ci illərdə aparılan terror əməliyyatı heç bir kəşfiyyat məlumatı əldə edə bilmədən dayandırıldı. Ancaq bu, Aysberqin görünən qismi idi, ABŞ əsgərləri gəlmədən Vyetnamda CİA öz müharibəsini başlamışdı. Üstəlik də peyk hava yolu quraraq! "Air America" adlı bu hava yolu ilə ABŞ gizli xidməti Cənubi Asiyanın altını üstünə gətirmişdi.
CİA - nın bu bölgədəki əməliyyatları ABŞ - ın Vyetnamdan çəkilməsi ilə birlikdə şəkildə azalacaqdı. Bu bölgədə özünü heçdə yaxşı göstərməyən qurumun Vyetnamdakı digər qüsuru isə 1975 - ci ildə Cənubi Vyetnamın belə sürətlə devrilə biləcəyini görə bilməməsi idi. Zira, CİA digər cəbhələrdə də müxtəlif işlər görürdü....
Mənbə:"Tarixi dəyişdirən Məxfi servislər" kitabı
Paylaşmaq gözəldir
0 yorum :
Yorum Gönder