Hədəf: Əl-Qaidə, Məkan: Bütün Dünya!






11 sentyabr hücumlarının ardından özünü terrorla müharibəyə həsr edən ABŞ - ın bu məqsədlə istifadə etdiyi ən böyük silah təbii ki, CİA oldu. 2003 - cü ilə - İraqın işğalınadək bu təşkilat həm ABŞ - a terror hücumlarının təşkilatçısı olan Əl - Qaidə üzvlərinin izinə düşdü, həm də İraq Əfqanıstanın işğal planına dəstək verdi.
10 ildir davam edən Əfqanstan əməliyyatında CİA pilotsuz təyyarələrlə gerçəkləşdirdiyi hücumlar nəticəsində Əl - Qaidə üzvləri ilə yanaşı saysız - hesabsız dinc sakini də öldürdü. Təşkilatın terrora qarşı mübarizəsindəki dönüş nöqtəsi isə 2011 - ci ilin may ayında Əl - Qaidə lideri Usama Bin Ladenin "Gerenimo" əməliyyatı nəticəsində Pakistanda öldürülməsi olacaqdı. Bunun əvəzində əl - qadiəçilər də dinc dayanmamağa başladı və qisas məqsədi ilə həm Əfqanıstan, həm də Pakistandakı ABŞ hədəflərinə ardıcıl hücumlara start verildi.



Halbuki artıq ABŞ - ın səsi daha yüksəkdən çıxmağa başlamışdı və bunun nəticəsi idi ki, 1 İyul 2011 - ci ildə Müdafiə Naziri postuna gətirilən CİA şefi Leon Panetta Əl - Qaidəyə açıq meydan oxudu. Panetta nazir olar - olmaz Əfqanıstana etdiyi səfərdə Bin Ladenin öldürülməsindən sonra Əl - Qaidə ilə əlaqəsi olduğu iddia edilən 20 - yə yaxın liderin öldürülməsi üçün əməliyyata başladıqlarını bildirdi. Panetta Əl - Qaidənin Yəmən qolunun liderlərindən Ənvər Əl Əvlakini və Bin Ladenin  yerinə keçən Eymen Əl Zevahirinin adlarını xüsusi qeyd edərək, Yəmən, Əfqanıstan və Somalidə yeni əməliyyatların hazırladığı xəbərini də verdi. O, bununla həm də yaxın günlərdə İslam coğrafiyasından yeni səs - küylü ölüm xəbərlərinin gələcəyini anons edirdi.
Bəli, yarım əsrlik mübarizədən sonra bir nömrəli düşməni olan Sovet İttifaqını sıradan çıxaran CİA uzun müddətdir ki, artıq yeni düşməninə qarşı vuruşur. ABŞ - ın İraq, Əfqanıstan və Pakistan kimi ölkələrlə bağlı terrorla mübarizə doktrinası kifayət qədər genişdir.
Mübarizənin forması isə dəyişməyib - Həmişə olduğu kimi o yenə də həm qanuni, həm də qanunsuz üsullarla aparılır!

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder