Dünyanı xilas edən casus...
Qərb adına çalışan ən yüksək rütbəli KQB agenti ünvanını alan Qordiyrvskinin atası da NKVD agenti idi. Sovet diplomatiya dəhlizlərinin tozlu havasını xeyli udduqdan sonra, 1982 - ci ildə KQB - nin London şefi oldu.
Xidmət etdiyi Çexoslovakiyadakı azadlıq hərəkatının qanla yatırılmasından sonra Sovet sisteminə olan sevgisi bitmişdi. 1973 - cü ildən etibarən Qərbə işləməyə başlamışdı. Qərbin Sovet əleyhdarı bir nömrəli və uzun müddət içəridən bilgi sızdıran tək xəbər qaynağı oldu. Qərbə sığınmasının ardından ingilislər onu 6 ay içində 150 dəfə sorğu - suala tutdular. Bu sorğulamalardan 6 min səhifəlik bir material alındı. Anlatdığı hər şey doğru çıxmışdı.
Verdiyi bilgilərdən xüsusilə ikisi Qərb üçün həyati önəm daşıyırdı. Birincisi, Sovet İttifaqının 1980 - ci illərdə Qərbin irəli düşərək nüvə raketlərindən istifadə etməsindən ciddi şəkildə narahatlıq keçirdiyi, ikincisi isə Qarbaçovun gerçəkdən ciddiyə alınması lazım olan etibarlı bir düşmən olması idi. Qordiyevskinin bu iki qeydi qərbin soyuq müharibənin son yüz metrində ciddi fərq yaratmasına yardım etmişdi. Onun ifadəsinə görə, 1983 - cü ildə NATO - nun Able Archer 83 tədqiqatını nüvə müharibəsi hazırlığı olaraq şərh edən Kremlin müharibə vəziyyəti aldığını qərbə vaxtında bildirməklə dünyanı baş verəcək nüvə müharibəsindən xilas etmişdi. 1984 - cü ildə özünün qərbdəki oxşarı Aldrich Amesin xəbəriylə deşifrə olanadək şərq blokuna böyük zərbələr vurdu. Qərbə sığınmasının ardından xidmətlərinə saysız - hesabsız kitab və reportajlarla davam etdi. Zatən qaçışının ardından İngiltərə baş naziri Tetçerə və ABŞ prezidenti Reyqana Sovet İttifaqı siyasətində sözçülük etməsi onun nə qədər önəmli bir xain olduğunu göz önünə gətirir.
0 yorum :
Yorum Gönder