“Hitler Ölmədi” - 2

Hitler Patagonyada





İspaniyadan isə diktator General Franco onun üçün hazırlatdığı bir təyyarə ilə Kanarya Adalarına keçər. Hitlerin səfəri buradan dəniz altında davam edər. Plan düşünüldüyü kimi davam etməktədir. Kanarya Adalarında özünü gözləyən bir dəniz altı gəmiyəminən Führerin səfəri Argentina sahillərində son tapar. Paytaxt Buenos Airesə 500 kilometr qədər məsafədə olan Necochea'nın kiçik limanında quruya ayaq basan Hitler bundan sonra Patagonia bölgəsinə yerləşəcək və ömrü boyunca Argentina xaricinə çıxmayacaq. Bu ölkədə yeni bir şəxsiyyətlə zahid bir həyat keçirməyə başlayan Adolf Hitler, artıq Nasist hərəkatının toparlanmasından da ümidini kəsdikdə xoşbəxtliyi həyat yoldaşı Eva ilə burada qurduğu yuvada axtaracaq. Burada Çili sərhədinə yaxın bir yerdə, And Dağlarının ətəklərində 452 hektarlıq bir fermada insanlardan uzaq, təbiət içində 560 kvadrat metrlik bir evdə yaşamağa başlar. Hitlerin Argentinada bütün gözlərdən uzaq keçirdiyi bu yeni həyatı onu tam bir ailə atası edəcək. Burada yaşadığı 17 illik həyatının Eva Barun'dan iki  qız uşaq sahibi olan bir zamanların keçmiş diktatoru axır ömüründə uşaq sevgisini də dadacaqdır. İki tədqiqatçılara görə Hitler 13 Fevral 1962-ci ildə 73 yaşındaykən Argentinada həyata vida edər.

Gerard Williams və Simon Dunstan'ın kitablarında yer verdikləri Hitlerin qaçış əhvalatı xülasəylə bu qədərdir. Bir çox adam bu fikiri inandırıcı görməsələr də yazarlara görə Nasist Qəssabı Dr. Mengele və Adolf Eichmann kimi on minlərlə Nasist Cənubi Amerikada özlərinə yeni bir kimliklə həyat tapmışkən, Hitlerin də bunu etmiş olması xeyli mümkündür. Üstəlik yanmış cəsədlərə baxmayaraq bunların həqiqətən Hitler və Eva Braun'a aid olduqlarına dair irəli sürülən əsaslar konkret və qəti deyil. Cəsədlərdən qalan sümüklərin aqibəti isə xeyli mürəkkəbdir ... Kitabın yazıçılarına görə Hitler və Eva Braun'a aid olduğu irəli sürülən cəsədlərin varlığından Qərb ancaq 1968-ci ildə xəbərdar oldu. Bir başqa iddiaya görə, sümüklər Hitlerin məzarı əfsanə olmasın deyə 1970-ci ildə Ruslar tərəfindən un halına gətirilərək çaya atıldı. Bir başqa iddia isə 2009-ci ildə Hitlerə aid olduğu irəli sürülən sümüklər üzərində bir DNT testi edildi və bir qadına aid olduğu ortaya çıxarıldı. Mövzuyla əlaqədar iddialar müxtəlifdir. Hitlerin qaçdığı iddiası tarixçilərin ağız büzdüyü bir görüş olmaqla birlikdə buna ehtimal tanıyanlar da yox deyil. Beş il boyunca səyahət edib Hitlerin izini tapdıqlarını və Jorge Colotto və Kapitan Manuel Monasterio kimi şahidlər ilə görüşdüklərini irəli sürən yazarlara görə Hitlerin qaçtığına dair əllərində bir çox dəlil var.


"HİTLER Qaçdı" NƏZƏRİYYƏLƏRİ
"Bozqurd: Adolf Hitler''in Qaçışı" kitabı və sənədli filmindən çox əvvəllər də Hitlerin ölməyib qaçdığını irəli sürən bir çox iddia ortaya atıldı. Döyüş sonrasında ABŞ və İngilis kəşfiyyatları Nasist liderinin həyatda olduğuna, görüldüyünə dair saysız xəbər aldı. Ancaq bunlar əksəriyyətlə Hitlerin öldüyünə dair inancın güclü olması səbəbiylə ciddiyə alınmadı.

"Hitler son anda qaçdı"
Sovetlər İttifaqında isə uzun müddət Hitlerin əslində müttəfiq dövlətlər tərəfindən qaçırılaraq qorunduğu və uydurma sui-qəsd nəzəriyyələri xəbəri yayaraq bunun üstünün örtülməyə çalışıldığı irəli sürüldü.1945 ilin İyununda bir Rus komandiri olan Georgi Zukov'un şərhi də Hitlerin ölmədiyi iddialarını alovlandırdı. Marşal Zukov, o tarix etibarilə Hitlerin cəsədinin hələ olmadığını, tutulmadan qısa müddət əvvəl qaçmış ola biləcəyini düşündüyünü açıqladı.

"Lüks yatla gizli bir adaya qaçdı"
1945-ci ilin Sentyabr ayında Hitlerin hələ də həyatda olduğu və göründüyü hesabat edildi. Bu hesabata görə Hitler və xüsusi katibi Martin Borman'ın Hamburgda lüks bir yata minərək Schlesswig-Holstein sahillərinə yaxın gizli bir adaya  doğru yola çıxdıqları irəli sürüldü.

Yuxuda Hitlerin yaşadığı görüldü
Yenə 1945-ci ilin sonlarında Kopenhagendə olan Britaniya səfirlik işçiləri Danimarkalı bir qadından aldıqları xəbəri  xarici işlər nazirliyinə göndərdilər. Bu hesabatda söz mövzusu olan əslində bir yuxu idi. Buna görə psixi gücləri olduğuna inanılan bir qadın yuxusunda Hitlerin həyatda olduğunu və İspaniyada keşiş qılığında gizlənərək yaşadığını gördüyünü söyləyirdi.

"Majorca'dan dəniz altı gəmi ilə ayrıldı"
Amerikalılara gələn bir başqa xəbər hesabatı isə olduqca "Etibarlı qaynaqlar" dan alınan məlumatlara görə Hitlerin nüvə fizika mütəxəssisi elm adamlarıyla bir oteldə birlikdə olduğu Majorca'dan bir dəniz altı gəmiyə minərək ayrıldığını irəli sürdü.

"Hitler Alplarda! Hitler Antarktikada!"
Zaman içərisində ortaya atılan başqa iddialara görə isə Hitlerin bəzən İtaliyada keşiş olaraq bir mağarada inzivaya çəkildiyini, kimi zaman da İsveçrənin Alp dağlarında çoban kimliyində gizləndiyi iddia edildi. Bu cür iddialara zaman zaman Hitlerin Antarktikada hətta Ayda yaşadığı söz-söhbətləri belə qarışdı.

About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder