Niyə inkar edirlər?



Uill Rocers "Hamı "cahildir", sadəcə olaraq ixtisasları müxtəlifdir", - deyir. Məsələn, mühəndislik bir həkim üçün, həkimlik isə bir mühəndis üçün müəmmadır. Başqa sahələrdə belədir. Nə yazıq ki, biz bu həqiqəti çox tez unuduruq. Bəzi adların arxasındakı ünvanların da bizi aldatması da bununla bağlıdır və bizi inkar etməyə məcbur edən də budur. Halbuki inkar adından da göründüyü kimi "tanımamaq", "bilməmək" ... deməkdir. Bunlar isə "yoxluq" ifadə edən məfhumlardır. Əgər söhbət yoxluqdan gedirsə, yoxluq haqqında hər hansı bilikdən danışmaq olmaz. Tanımamaq, bilməmək biliyin yox, biliksizliyin ifadəsidir. Dolayısı ilə insan başqa sahələrdə nə qədər bilik sahibi olursa olsun, bu bilik ona tanımadığı şey haqqında hökm verməyə imkan verə bilməz. Bu bir az da riyaziyyatçının biologiya haqqında hökm verməsi deməkdir.
İnkar etmək asandır. İnsan gözünü yumub asanlıqla "yoxdur" deyə bilər. Bu mənada bir avstraliyalı aborigenlə bir alimin və ya Əbu - Cəhillə Darvinin arasında heç bir fərq yoxdur. Onların inkar etdikləri şey haqqında biliklərini müqayisə etmək sıfırları müqayisə edərək hansının daha böyük olduğunu öyrənməyə çalışmaqdır.
Ümumiyyətlə inkarla bağlı hər hansı bir müqayisə mümkünsüzdür. Çünki olmayan  şeyi  olmayan bir şeylə müqayisə edərək heç bir nəticə əldə etmək olmaz. İnkar edənlərin bu qədər dəlil - sübuta baxmayaraq öz inkarlarında təkid etmələrinin əsas səbəbi də elə budur. Qərb mütəfəkkiri Uilyam G. Makadunun dediyi kimi: "Cahil bir adamı mübahisədə məğlub etmək qeyri mümkündür". İnanmaq isə səviyyəsindən asılı olmayaraq hər hansı bir biliyin nəticəsidir. "Nəyə inanıram? ", "Xüsusiyyətləri nədir? ", "Necə yaradır? ", "Mən Ondan nə gözləyirəm? " və. s. Bu kimi bir çox suallar insanda inamı formalaşdırır. Quran da "Allahdan ancaq alimlər qorxar" , - buyurur və inanmağın hər hansı bir biliyin nəticəsi olduğunu bildirir.


About Yazar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 yorum :

Yorum Gönder